Fatih Terim professoru işdən qovdurdu

Fatih Terim professoru işdən qovdurdu
  25 İyun 2016    Oxunub:2650
Türkiyə millisinin baş məşqçisi Fatih Terim onu tənqid edən professoru TRT-dəki işindən qovdurub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Terimin tələbi ilə TRT rəhbərliyi kanalda müxtəlif proqramlarda qonaq qismində çıxışlar edən professor Əhməd Şimşirgilə qadağa tətbiq edib. Məhz bu səbəbdən, əvvəlcədən “Ramazan Sevinci” proqramında qonaq qismində çıxşı nəzərdə tutulan professor son anda kanala buraxılmayıb.

Qeyd edək ki, “Avro 2016”da Türkiyənin İspaniyaya məğlub olmasının ardından TRT-də yayımlanan “Pelin Çiftlə Gündəm Ötesi” proqramında professor Əhməd Şimşirgil Türkiyə millisinin baş məşqçisi Fatih Terimi sərt tənqid edib. Bunun ardından isə Fatih Terim TRT telekanalına danışmayacağı ilə bağlı qadağa qoyub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti