Ermənilər Avstraliya aborigenlərinə də `genosid` öyrədir

Ermənilər Avstraliya aborigenlərinə də `genosid` öyrədir
  09 Dekabr 2016    Oxunub:7166
Sidneydə yerləşən erməni apostol kilsəsinin iki din xadimi – yepiskop Aykazun Nadcaryan və diakon Nşan Basmadcyan yerli əhalinin (aborigenlərin) yaşadığı Avstraliyanın şimal rayonlarını ziyarət edib.

AzVision.az Böyük Britaniyanın “Guardian” nəşrinə istinadən xəbər verir ki, erməni nümayəndələr qədim Ladcamanu icmasının baptist kilsəsində yerli din xadimləri ilə birgə erməni xaçkarları quraşdıraraq aborigenlərə qarşı törədilən soyqırım zaman ölənlərin xatirəsinə dini ayin keçiriblər.

Hər iki kilsənin nümayəndələri, həmçinin erməni və Avstraliya xalqına qarşı törədilən “soyqırımların” beynəlxalq birlik tərəfindən tanınması üçün birgə mübarizə aparmaq barədə yazılı bəyanatda imzalayıblar.

Şübhəsiz, bu gedişlə ermənilər yaxın gələcəkdə qondarma “soyqırım”ı tanıtmaq üçün kenqurular, koala və ördəkburunlarla danışıqlara girərək bəyanatlar yayacaqlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti