Ələt-Asatara yolunda hərəkət bərpa olunub

Ələt-Asatara yolunda hərəkət bərpa olunub
  28 Oktyabr 2016    Oxunub:1392
Ötən gün intensiv yağışlarla əlaqədar Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində su bəndinin partlaması nəticəsində rayonun Alar qəsəbəsi və həmin ərazidən keçən Ələt-Asatara magistralının bir hissəsi sel suları altında qalıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a bildirib ki, qəsəbənin sel sularının basması təhlükəsi yarandığından yolun 127.2-ci km-də hərəkət hissəsinin 5 metr enində və 3 metr dərinlikdə qazılmasına zərurət yaranıb.

Qurum rəsmisi qeyd edib ki, bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib:

"Səhər saatlarında sel suları ərazidə azaldığından sonra yolun bərpası istiqamətində işlərə başlanılıb. Yolun qazılmış hissəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş mövcud 3 ədəd su borusundan əlavə yolun altına bərpa zamanı daha 2 ədəd su borusu da yerləşdirilib. Hazırda sözügedən magistralda hərəkət tam bərpa olunub".

AzVision.az


Teqlər:  





Xəbər lenti