Dünya şöhrətli aktyora qarşı erməni təxribatı - VİDEO

Dünya şöhrətli aktyora qarşı erməni təxribatı - VİDEO
  21 Aprel 2015    Oxunub:6160
Dünya şöhrətli aktyor və rejissor Rassel Krou ABŞ-dakı erməni lobbisinin hədəfindədir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qondarma “erməni soyqırımı`nı dəstəkləyənlər Çanaqqala savaşından bəhs edən “Son ümid” filmini boykot edib.

Filmin rejissoru və baş qəhrəmanı olan R.Krou amerikalı bir çox film tənqidçiləri tərəfindən “xain və cahil” adlandırılıb.

Erməniyönümlü xəbər portalları filmin izlənilməməsi üçün boykot çağırışına başlayıb. Buna səbəb isə filmdə Çanaqqala savaşından bəhs edən aktyorun “erməni soyqırımı” yalanına yer verməməsidir.

Qeyd edək ki, məşhur Hollivud aktyoru və rejissoru Rassel Krounun çəkdiyi “The Water Diviner” (“Son ümid”) bədii filmi yaşlı bir kişinin Türkiyənin Gelibolu mahalına səyahəti haqqındadır. Filmdə göstərilir ki, avstraliyalı yaşlı bir fermerin üç oğlu 1919-cu ildə Çanakkale döyüşündən sonra Türkiyəyə - Geliboluya gedir. Lakin döyüşdən sonra onlar haqqında heç bir xəbər almayan fermer oğlanlarını axtarmaq üçün Geliboluya gəlir.

Filmdə məşhur Hollivud aktyorları ilə bərabər Cem Yılmaz, Yılmaz Ərdoğan və Mert Fırat kimi türk aktyorları da rol alıb.



Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti