Dənizdə boğulan şəxs xilas edildi

Dənizdə boğulan şəxs xilas edildi
  22 İyul 2016    Oxunub:1613
Xəzər dənizində boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
AzVision.az-ın FHN-nin saytına istinadən məlumatına görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:05-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti