Bakıda polis qəza törətdi - Yaralı var (Fotolar)

Bakıda polis qəza törətdi - Yaralı var  (Fotolar)
  06 Fevral 2016    Oxunub:4172
Bakıda ağır yol qəzası baş verib.
AzVision.az -ın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Passat” markalı avtomobil idarəetməni itirdikdən sonra öncə “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra “KamAZ” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.

Hadisə nəticəsində “Passat”ın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Hadisədən sonra avtomobilin dövlət nömrə nişanı çıxarılıb. Sürücünün polis əməkdaşı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Qalereya




Teqlər:  





Xəbər lenti