ABŞ səfirliyinin vəkili Şurada

ABŞ səfirliyinin vəkili Şurada
  20 Sentyabr 2014    Oxunub:1519
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, səfirliyin siyasi müşaviri Daniel Slaşer və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor müavini Robert Lopez ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.

A.Quliyev bütün xarici QHT-lərin Azərbaycanın qanunlarına uyğun olaraq fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. O, QHT-lərlə bağlı qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin vətəndaş cəmiyyətində daha sağlam mühitin yaradılmasına, şəffaflığın təmin olunmasına yönəldiyini bildirib. Şura sədri təəssüflə qeyd edib ki, ABŞ-ın və Avropa dövlətlərinin bəzi rəsmiləri bir sıra məsələlərə hüquqi deyil, siyasi tərəfdən baxaraq əsassız şəkildə ikili standartlardan, qeyri-obyektiv mövqedən çıxış edirlər. Bu isə haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur.

A.Quliyev fəaliyyəti zamanı çətinliklərlə üzləşən QHT-lərin işinə kömək edilməsi məqsədilə Şurada hüquq və monitorinq komissiyasının yaradıldığını diqqətə çatdırıb.
Sonra tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.


Teqlər:





Xəbər lenti