Azərbaycanlı “vor zakonlar”a bu maddəylə iş açıldı - VİDEO

Azərbaycanlı “vor zakonlar”a bu maddəylə iş açıldı - VİDEO
  20 Fevral 2013    Oxunub:5412
Moskvada saxlanılan azərbaycanlı “vor zakonlar”a qanunsuz silah saxlamaq maddəsi ilə cinayət işi açılıb.
Rusiya Daxili İşlər nazirliyinin rəsmi saytında yer alan məlumata görə, fevralın 18-də axşam saatlarında Moskvanın şərqində və şimal-qərbində saxlanılan “qanuni oğrular” barəsində qanunsuz silah saxlamaq maddəsi ilə cinayət işi açılıb.
İki gün öncə Moskvanın fərqli məkanlarındakı “tac qoymaq” mərasimlərində saxlanılan 90 nəfər avtoritetdən yalnız 7 nəfər 48 saatlıq həbs edilib. Həbs edilən 7 nəfərin hamısı Azərbaycan vətəndaşlarıdır. Bu 7 nəfərin cinanayətdə iştirakı və “sxodka” zamanı ələ keçirilən 4 hərbi silah üzərində əl izi aşkarlananlarsa onlar haqqında həbs qəti-imkan tədbiri seçiləcək.




Teqlər:  





Xəbər lenti