“Əkrəm özü çıxıb desin ki, mən erməniyəm”

“Əkrəm özü çıxıb desin ki, mən erməniyəm”
  20 Fevral 2013    Oxunub:1436
Nazim İbrahimov bir şəxsiyyət kimi bitmiş Əkrəm Əylisli haqqında bu qədər danışmağa ehtiyac olmadığını bildirib.
“Daş yuxular” məsələsini ictimaiyyətə biz açmışıq və ilk oxuyanlardan biri də biz olmuşuq. Bu əsəri çıxandan iki gün sonra oxuyub dəhşətə gəldim. Əkrəm Əylisli həqiqətləri bilməmiş deyil. Bunu görərək, bilərək, bizim 20 il ərzində apardığımız mübarizənin birdən-birə balta ilə kökündən vurmaq, azərbaycanlıları qaniçən, başkəsən kimi qələmə vermək - nəinki kişiləri, hətta qadınları da - bu, ermənilərin düşmənçiliyindən də ağır zərbədir. Mən bunu Əkrəm Əylislinin Azərbaycan xalqına etdiyi ən böyük düşmənçilik sayıram.”

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov “Yeni müsavat”a müsahibəsində Əkrəm Əylislinin qalmaqallı romanına münasibət bildirərkən deyib. O bildirib ki, Əkrəm Əylislinin mənşəyinin erməni olduğunu deyirlər. Bu, təsdiq olunmamış bir şeydir:“ Amma bu gün hər bir kəs rahat olar ki, o, çıxıb söyləsin ki, “mən erməniyəm”. Onun qəhrəmanı elə özünün obrazıdır. O əsərdə “Arzum olub ki, gedim Eçmiədzində xristianlığı qəbul edəm və dua edəm ki, Allah mənim kimi müsəlmanların günahından keçsin”, yaxud “Hər bir öldürülən erməniyə bir şam yandırılsa, o şamların işığı dünyanı Ayın işığından daha gur işıqlandırar” kimi ifadələr var. Bu kimi məqamlar ermənilərin bədbəxt etdiyi, şikəst qoyduğu, ailə üzvlərini məhv etdiyi insanlara qarşı çox böyük həqarətdir” .

Onun sözlərinə görə, birdən-birə milli zəmində, bizim dünyanı həqiqətlərimizə inandırmaq həddinə çatdığımız bir zamanda arxadan bizə zərbə vurmasını Əkrəm Əylisliyə bağışlamaq olmaz.

N. İbrahimov müsahibəsində onu da qeyd edib ki, daha bundan sonra Əkrəm Əylisli-artıq özü bir şəxsiyyət kimi bitmiş adam haqqında bu qədər danışmağa ehtiyac yoxdur: “Hökmən deyil ki, o, fiziki cəhətdən mövcud olsun. Elə insanın şəxsiyyətini əlindən almaq ona ən böyük sarsıntı, zərbədir. Əkrəm Əylisli bundan sonra Azərbaycanda nə qədər uzun müddət yaşayarsa, bu, onun özü üçün mənəvi baxımdan ən böyük cəzadır. O, bir şəxsiyyət olaraq Azərbaycan üçün artıq bitib. Fakt budur ki, Azərbaycana, onun tarixinə çox böyük zərbə vurdu və düşmən bundan çox böyük ustalıqla istifadə edəcək, artıq edir də” .


Teqlər:  





Xəbər lenti