Azərbaycan 49 000 $ yardım etdi

Azərbaycan 49 000 $ yardım etdi
  20 Fevral 2013    Oxunub:1478
Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfiri Aqşin Mehdiyev Kubanın Xarici Ticarət və Sərmayələr Nazirliyində görüş keçirib.
Azərbaycanın Kubadakı səfirliyindən verilən məlumata görə, görüşün əsas səbəbi Kubada "Sendi" qasırğası nəticəsində baş vermiş dağıntıların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası tərəfindən Kuba dövlətinə göstərilən maddi yardımın (49 000 ABŞ dolları) təqdim edilməsi olub.
Səfir Aqşin Mehdiyev iki ölkə arasında siyasi və digər sahələrdə mövcud olan münasibətlərin müsbət inkişafını qeyd edib və Kubanın Azərbaycan üçün dost ölkə olduğunu xüsusi vurğulayıb.
Azərbaycan Respublikası tərəfindən göstərilən maddi yardım Kuba Respublikası tərəfindən məmnuniyyətlə qəbul edilib, həmin yardıma görə Kuba hökumətinin minnətdar olduğu diqqətə çatdırıb.
2013-cü ilin 19 fevral tarixində, Havana şəhərində mövcud olan məhşur yazıçı Ernest Heminguey adına muzeyi ziyarət edən səfir Mehdiyev sözügedən yazıçının "Əcəl zəngi" adlı əsərinin azərbaycan dilinə tərcümə edilmiş 2 nüsxəsini, həmin müzeyin kitabxanısına hədiyyə qismində təqdim edib. Qeyd olunan əsər muzey tərəfindən böyük məmnuniyyət və minnətdarlıqla qəbul edilib.


Teqlər:





Xəbər lenti