Xarab mal satanlar cərimələnəcək

Xarab mal satanlar cərimələnəcək
  18 Fevral 2013    Oxunub:2034
150 kq-a yaxın keyfiyyətsiz ərzaq məhsulları məhv edilib.
AzVision.az-ın məlumatına əsasən, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Həmin monitorinqlər zamanı Bakının Binəqədi və Xətai rayonlarında, Gəncə, Tovuz, Goranboy, Siyəzən, Masallı şəhərlərində, Zərdab və Tərtər rayonlarında saxlama müddəti ötmüş malların satıldığı aşkarlaıb.
Ümumilikdə, monitorinqlər zamanı 150 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Teqlər:





Xəbər lenti