Xocalı faciəsi ABŞ-da anıldı

Xocalı faciəsi ABŞ-da anıldı
  16 Fevral 2013    Oxunub:1951
Azərbaycan Amerika Alyansı Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdıran yeni geniş kampaniyaya başlayıb.
ABŞ-da fəaliyyət göstərən Alyans bu ölkənin bir neçə şəhərinin mərkəzi küçələrində Xocalı hadisələrinə dair məlumatları əks etdirən illyuminasiya guşəsi təşkil edib. Posterlər paytaxt Vaşinqtonun mərkəzi prospektində, Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan «Penn Station»da, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib.
Həmçinin, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, «Capitol Hill»ə gedən avtobuslarda posterlər yerləşdirilib.


Teqlər:  





Xəbər lenti