Millət vəkilinə MHP-dən dəvət gəlib

Millət vəkilinə  MHP-dən dəvət gəlib
  16 Fevral 2013    Oxunub:1696
Millət vəkili Aydın Mirzəzadə Türkiyənin Qars şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak məqsədilə qonşu dövlətə səfərə gedəcək.
Millət vəkilinin AzVision.az-a verdiyi məlumata görə, 16-19 fevral tarixlərində nəzərdə tutulan səfər Türkiyənin Milliyətçi Hərəkat Partiyasının Qars İl Başqanlığının dəvəti ilə baş tutacaq.

Fevral ayının 17-də Qarsda MHP il başqanlığı Xocalı soyqırımının ildönümü ilə bağlı böyük bir tədbir təşkil olunacaq. Tədbirdə Qars şəhərinin tanınmış ictimaiyyət nümayəndələri və Azərbaycanın dostları olan insanlar iştirak edəcəklər.

“MHP-nin Qarsdakı tədbirində iştirak edərək Xocalı soyqırımı ilə bağlı qarslı dostlarımıza məlumat verəcəyəm. Eyni zamanda tədbirdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsinin bugünki durumu ilə bağlı da geniş məlumat vermək fikrindəyəm”, - deyə millət vəkili bildirib.

Aydın Mirzəzadə vurğulayıb ki, Türkiyənin Dağlıq Qarabağ məsələsində daima Azərbaycanın yanında olması Ermənistanın türk torpaqlarına iddiasının qarşısında ciddi maneələrdən biridir. Türkiyədə Azərbaycanın ağrılı tarixi səhifələrinə maraq göstərilməsi və bununla bağlı böyük siyasi tədbirlərin keçirilməsi iki dövlət arasında dostluğun və qardaşlığın bariz nümunəsidir.




Teqlər:





Xəbər lenti