Onu leqallaşdırmaq olarmı?

Onu leqallaşdırmaq olarmı?
  25 Aprel 2013    Oxunub:1623
Emin Piri

Ara-sıra özünü mediaya daşıyan `fahişəliyin leqallaşdırılması` mövzusu yenidən gündəmə gətirdi. Əlbəttə, əhalisinin əksər hissəsi müsəlman-şiə olan ölkədə bu mövzu nə qədər qəribə səslənsə də hər halda həll edilməli olan məsələlər sırasındadı. İstər dünyada yayılmış epidemiyalardan qorunmaq, istərsə də qara ticarətin qarşısının alınması baxımından indi öz həllini tapması vacibdir. Həm də çox vacib.
Əks halda Afrika ölkələrinin epidemoloji vəziyyətinə düşmək mümkündür. Hər nə qədər inkar etsək də, ölkədə fahişəliklə məşğul olanlar kifayət qədərdir. Bəli, istər bunu problem sayaq, istərsə normativ yaşam tərzi, istərsə digər. İstənilən halda bu mövcuddur və olacaqdır...

Qarşıya iki həll prinsipi qoymaq mümkündür.

Əsasən radikal dindar kəsimin istəyi və dəstəyi ilə ümumiyyətlə bu işlə məşğul olan qadınların ağır cəzalanması (dəfələrlə bu işin təkrarlanmasına görə ölüm cəzası kimi). Hər bir baxımdan bu variant artıq mümkün deyil. Əvvəla, balaca uşaqların da bildiyi kimi, Azərbaycanda din dövlətdən ayrıdır. İkincisi, ölkəmiz Avropa və dünya konvensiyalarına qoşulub və həmçinin Azərbaycanda ölüm cəzası ləğv olunub. Bu qanunun bərpasından sonra radikal kəsimin iştahı və istəkləri birə min artacaq, digər situasiyalarçün də bunu tələb edəcəklər və bu da xaos vəziyyətinə çevriləcək.

Fahişəliyin dini leqallaşdırılması

Bəzi ölkələrdə bu işə görə ölüm cəzasının belə tətbiq olunması heç də fahişəliyin qarşısını almır, əksinə, onların daha geniş şəbəkəyə çevrilməsinə səbəb olub. Bunu həyata keçirməkçün dinə yeni qaydalar artırılır, bu da qonşu ölkədəki kimi dinin başqa yönə çevrilməsinə səbəb olur. Bir neçə saatlıq cinsəl əlaqəyə (bir neçə saatlıq və bir qədər artıq siğə) kəbin kəsilir və bir növ qadın alveri dini formatda leqallaşdırılır.

Mahiyyət eynidi - cinsi istismar!

Mahiyyət eynidi: leqallaşdırılma-dini leqallaşdırılma!

Bu da olmazsa, bəzi ərəb ölkələrindəki kimi xaricdən gələn fahişələr iş başında olacaq.

İkinci variantsa indi üzərində dayanılan leqallaşdırılma qanunudur. Bir çox dünya ölkələrində bunun qanuniləşdirilməsi istər cəmiyyətin sağlam həyatı baxımından, istərsə də bu ətrafda gedən ticarət həcmini müəyyənləşdirmək və büdcəyə axan qanuni pullar baxımından önəmli rol oynayır.

Bəlkə də Azərbaycançün ən uyğun variant Türkiyə variantıdır.
Kifayət qədər dindar əhalinin yaşamasına və onların rahat ibadətlə məşğul olmasıyçün şərait yaradılmasına baxmayaraq, eyni zamanda `genel evlərin` fəaliyyət göstərməsidir.

Fahişəlik milliləşdirilsin?!

Üzücü digər məqam budur ki, bundan anlayışı oldu-olmadı, real situasiyani dəyərləndirdi-dəyərləndirmədi, hər kəsin bu haqda danışması radikal formada etiraz etməsi və ya dəstək verməsidi. Bir neçə gün öncə xanım jurnalistlərdən birinin yazısını oxudum. Məqalə belə başlayırdı:`Fahişəlik millilləşdirilsin?` Doğrusu, öncə elə bildim ki, bu xanım neft və digər təbii sərvətlər kimi fahişəliyin də milliləşdirilməsini istəyir. Nə qədər qəribə səslənsə də. Bəlkə də o aşırı millətçi hisslərinə qapılaraq, milli fahişələrin olmasını istəyirdi. Onlar milli geyimdə, milli mahnılarla, milli formada işləməlidirlər. Sonradan məlum oldu ki, bu jurnalist ümumiyyətlə, leqallaşdırılma ilə milliləşdirilməni səhv salır. Və yəqin ki onu redaktə edənlər də. Hər halda yazı sonradan yoxa çıxdı.

P.S. Mən köhnə peşənin ümumiyyətlə, sıradan çıxarılmasının tərəfdarıyam. Amma real vəziyyət başqadı. Və buna görə də real vəziyyətə uyğun olaraq soyuqqanlıqla hərəkət etmək lazımdır.


Teqlər:





Xəbər lenti