Qeyd edək ki, Fransisk Roma Katolik Kilsəsinin ilk Latın Amerikasından olan rəhbəri idi. Fransisk (Xorxe Mario Berqolyo) 1936-cı ildə Argentinada anadan olub. O, 2013-cü ildən pontifik taxtındadır. 12 il taxtda oturan Fransiskin 88 yaşı var idi. Roma Katolik kilsəsinin rəhbəri fəaliyyəti müddətində müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.
O, fevralın əvvəlindən yerləşdirildiyi xəstəxanada ikitərəfli pnevmoniyadan və digər infeksiyalardan müalicə alırdı. Müalicə dövründə Papanın səhhəti bir neçə dəfə pisləşsə də, sonradan vəziyyətinin stabil olduğu bildirilirdi.