![]() |
Vaşinqton və Kiyev memorandum imzalayıblar |
Qeyd olunub ki, ABŞ prezidenti Donald Trampa ötürülən məlumatlar köhnəlib. Üstəlik, heç bir böyük mədən şirkəti kommersiya faydası olmadığı üçün Ukraynada təbii ehtiyatların çıxarılmasına zərrə qədər də maraq göstərməyib.
Məqalə müəllifi onu da vurğulayıb ki, Trampın təklif etdiyi saziş daha çox ABŞ-nin şantaj oyununa bənzəyir.
Xatırladaq ki, martın 27-də ABŞ-nin maliyyə naziri Skot Bessent nadir torpaq metalları ilə bağlı müqavilənin tezliklə imzalanacağını açıqlamışdı. Vaşinqton sənədin son variantını Kiyevə təhvil verib. Nazir onu da əlavə edib ki, ilkin variant dörd səhifədən ibarət olsa da, sonradan mətn genişləndirilib. Bessent həmçinin bildirib ki, Ukrayna ilə imzalanacaq mineral müqaviləsinə hərbi zəmanətlər daxil deyil.
Martın 31-də isə Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin nadir torpaq metalları ilə bağlı müqavilədən imtina etmək istədiyini açıqlamışdı. Amerika lideri əlavə edib ki, Kiyev rejimi bu yola getsə, onun “bəzi böyük problemləri” olacaq.
Aprelin 18-da isə Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko yayılan şaiyəlırı son qoydu. O, ABŞ və Ukrayna nümayəndələrinin mineral ehtiyatlar üzrə saziş bağlamaq niyyətlərini təsdiqləyən memorandum imzaladıqlaını açıqladı.
Tural Tağıyev
AzVision.az