“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb

 “YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb
  18 Aprel 2025    Oxunub:530
18 aprel 2025-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün 1-ci intellektual marafona start verilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edir. Marafon Şahdağ Turizm Kompleksinin, “PAŞA Techonology” MMC-nin və Dünya Türk Biznes Şurasının (DTİK) sponsorluğu ilə reallaşdırılır.

Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır. Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov şəhid övladları üçün bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

20 aprel tarixinədək davam edəcək marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə və konsert saatları keçiriləcək. Həmçinin düşərgə iştirakçıları müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar.

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti