Məşhur heyvan təlimçisi xərçəngin qurbanı oldu

   Məşhur heyvan təlimçisi xərçəngin qurbanı oldu
  18 Aprel 2025    Oxunub:712
Məşhur heyvan təlimçisi Viktor Kudryavçev vəfat edib.
Bu barədə "SHOT" telegram kanalı məlumat yayıb.

Şir həmişə şirdir, mənim qardaşım! - Rus təlimçi ilə müsahibə
Qeyd edilib ki, 74 yaşlı Viktorun ölüm səbəbi xərçəng xəstəliyi olub.
"Kudryavçev həmçinin pandemiya vaxtı koronavirusa yoluxduqdan sonra xəstəlikdən qalan ağır fəsadlarla əlləşib. O, Moskva xəstəxanalarından birində dünyasını dəyişib", - nəşr yazıb.

Rusiyanın məşhur heyvan təlimçilərindən olan Viktor 13 yanvar 1951-ci ildə Moskvada anadan olub. O, Dövlət Sirk və Estrada Sənəti Məktəbində və GİTİS-də təhsil alıb. "Heyvanların dostu" 4-cü kursda bölgələrdən birində ezamiyyətdə olarkən iki ayı balasını ölmdən xilas edərək onlarla birlikdə Moskvaya qayıdıb. Bundan sonra o, Moskvanın Vernadski prospektindəki sirkdə ayı təlimçisi işləyib. Sənətçinin heyvanlarının avtomobildə sözün həqiqi mənasında kaskadyorluq etməsi həmin dövrün ən maraqlı tamaşalarından idi.

1988-ci ildə Kudryavçev Moskvanın "Çvetnoy" bulvarındakı məşhur Nikulin Sirkinə dəvət edilib. O, burada həyat yoldaşı, Rusiyanın əməkdar artisti Olqa Kudryavçeva ilə birlikdə çalışıb.

Viktor 1995-ci ildə Rusiyanın əməkdar artisti, 2007-ci ildə isə xalq artisti adına layiq görülüb.
Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Ayı   Təlimatçı   Vəfat  





Xəbər lenti