Gömrükdən büdcəyə 6,6 milyarddan çox vəsait daxil olub

   Gömrükdən büdcəyə 6,6 milyarddan çox vəsait daxil olub
  18 Aprel 2025    Oxunub:629
“Keçən il gömrük orqanları tərəfindən 6 milyard 648 milyon manatdan çox ödəniş toplanılaraq büdcəyə keçirilməsi təmin olunub”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Güloğlan Muradlı deyib. Onun sözlərinə görə, Azərbaycandan ötən il 180 ölkə ilə xarici ticarət əməliyyatları həyata keçirilib.

“Azərbaycanın gömrük orqanları bir tərəfdən ticarəti asanlaşdırmalı, digər tərəfdən isə təhlükəsizliyi təmin etməlidir, bu da mürəkkəb prosesdir. Ötən il 11 mindən çox məhsulun ixracı və idxalı həyata keçirilib. Milyonlarla ton yüklərin sərhəddən keçirilməsinə gömrük nəzarəti kənardan sadə proses kimi görünə bilər, amma bu, elə də asan deyil” -deyə, sədr müavini vurğulayıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti