Dağlıq ərazilərə qar yağıb

Dağlıq ərazilərdə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza) 18, Qubada (Qrız) 17, Şahdağda 9, Qaxda (Sarıbaş) 6, Xınalıqda 4, Xaltanda 3, Qobustanda 2 sm-dir.
Martın 24-də şimal-qərb küləyi əsib, küləyin sürəti Naftalanda 20, Mingəçevirdə 18, Şabran və Xaltanda 16 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta qeydə alınıb.
AzVision.az
Teqlər: hava