Tonqallarla bağlı 7 yanğına çıxış qeydə alınıb

Tonqallarla bağlı 7 yanğına çıxış qeydə alınıb
  21 Mart 2025    Oxunub:647
Ötən gecə Novruz bayramı ilə əlaqədar qalanan tonqallarla bağlı 7 yanğına çıxış qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ötən gecə 7 yanğına çıxış qeydə alınıb.

Qeyd olunanları, habelə bir sıra bölgədə Novruz bayramı ilə əlaqədar mərasimlərin bu gün də davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti