İctimai iaşə dövriyyəsi 19 %-dən çox artıb

İctimai iaşə dövriyyəsi 19 %-dən çox artıb
  20 Mart 2025    Oxunub:578
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 % artaraq 371,9 milyon manat olub.
Bu barədə AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2 %-i hüquqi şəxslərin, 49,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Son 1 ildə hüquqi şəxslər üzrə dövriyyə 19,2 % artaraq 184,8 milyon manat olub.

AzVision.az



Teqlər:





Xəbər lenti