Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB

Putin və Tramp arasında telefon danışığı baş tutub -    YENİLƏNİB
  18 Mart 2025    Oxunub:540
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putin və Tramp telefon danışığında Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdiriblər.

Putin Trampı martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175-in 175-ə məhbus mübadiləsi aparılacağı barədə məlumatlandırıb.

Putin və Tramp dünyada sabitlik üçün ortaq məsuliyyətləri fonunda ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər.

Rusiya Federasiyası və ABŞ prezidentləri telefon danışığında qaldırılan bütün məsələlərlə bağlı təmasları davam etdirmək barədə razılaşıblar.

AzVision.az





Teqlər:





Xəbər lenti