Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır
  09 Mart 2021    Oxunub:2920
10 mart tarixindən etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən Mərkəzi Parkın tikinti layihəsinin II mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması ilə əlaqədar olaraq Mirzə Ağa Əliyev küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsində hərəkət məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol   Hərəkət   AAYDA  





Xəbər lenti