Naxçıvanda 102 qadına sərmayə kapitalı verilib

Naxçıvanda 102 qadına sərmayə kapitalı verilib
  08 Mart 2021    Oxunub:2158
Naxçıvan Muxtar Respublikasında qadınların özünüməşğulluqlarının artırılması, eyni zamanda, mikrosahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi üçün qrant layihələr həyata keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib.

Qeyd olunub ki, 2019-cu və 2020-ci illərdə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “genderə həssas dayanıqlı İnkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqrama əsasən Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində qadınların maliyyə savadlılığının artırılması üçün təlimlər təşkil olunub, 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilib.

Həmçinin, aztəminatlı və sağlamlıq imkanları məhdud olan qadınların peşə kurslarına cəlb olunmaları üçün tədbirlər görülüb.

Azvision.az


Teqlər: Naxçıvan   Özünüməşğulluq   Qadın  





Xəbər lenti