Keçmiş məhkumlar narkotiklə tutuldu

Keçmiş məhkumlar narkotiklə tutuldu
  08 Mart 2021    Oxunub:1275
Azərbaycanda narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizə davam edir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunanlar - M.Ağayev və N.Zərbalı saxlanılıblar.

Şəxsi axtarışlar zamanı M.Ağayev 445 qram, N.Zərbalıdan isə 450 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Keçmiş-məhkum   Narkotik  





Xəbər lenti