Maşınla vurulan velosipedçi xəstəxanada öldü

Maşınla vurulan velosipedçi xəstəxanada öldü
  08 Mart 2021    Oxunub:1257
Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 6-da saat 17 radələrində Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində rayon sakini V.Cavadlı idarə etdiyi “Toyota” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Qəhrəmanlı qəsəbə sakini Z.Novruzovu vurub.

Nəticədə velosipedçi xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Beyləqan   Qəza  





Xəbər lenti