Ötən il Xızıda oğurluq edən şəxs tutulub

Ötən il Xızıda oğurluq edən şəxs tutulub
  08 Mart 2021    Oxunub:1880
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a bildirilib ki, ötən ilin avqust ayının 20-də naməlum şəraitdə tikinti şirkətlərinin birinə məxsus dəmir torların oğurlanması barədə Xızı RPŞ-yə məlumat daxil olub.

İrəvanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni Sumqayıt şəhər sakini Ceyhun Sadıqov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs saxlanılaraq istintaqa təqdim olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin oğurluq yolu ilə əldə etdiyi dəmir torların bir qisminin yeri müəyyən edilib və şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

C.Sadıqov dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib. Onun barəsində Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti