Güclü küləyin fəsadları aradan qaldırılır - VİDEO

   Güclü küləyin fəsadları aradan qaldırılır -    VİDEO
  07 Mart 2021    Oxunub:3473
Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, bununla bağlı Bakı şəhərində müxtəlif ünvanlarda güclü külək səbəbindən insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.



Daxil olmuş zənglər əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi və Nərimanov rayonu, Həsənoğlu küçəsində beşmərtəbəli binaların dam örtüklərində asılı vəziyyətdə qalmış dəmir parçalarının kənarlaşdırılması və ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, habelə Binəqədi rayonu, 3-cü Mədən küçəsində obyektdə yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması təmin olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

Azvision.az


Teqlər: FHN   Külək  





Xəbər lenti