Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatıb

 Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatıb
  07 Mart 2021    Oxunub:3659
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, martın 7-si saat 13:00-a olan məlumata görə, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt, Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti