Sumqayıtda külək ağacı qaz borusunun üzərinə aşırdı

  07 Mart 2021    Oxunub : 1833
Sumqayıtda külək ağacı qaz borusunun üzərinə aşırdı
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində külək ağacı diametri 76 mm olan qaz xəttinin üzərinə aşırıb.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 5 yaşayış binasında təxminən 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bərpa işlərinə başlanılıb.

Azvision.az

Teqlər: Azəriqaz