Qarlı yolda köməksiz qalanlar xilas edildi

  07 Mart 2021    Oxunub : 1695
Qarlı yolda köməksiz qalanlar xilas edildi
Xızı rayonunun Qızılqazma kəndində “VAZ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə kömək üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.

Azvision.az

Teqlər: FHN   Xızı   Qar