Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a bildiriblər ki, ötən il dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 800 ABŞ dolları, 700 manat məbləğində pul və qızıl-zinət əşyaları oğurladığına görə tutulmuş Gərmətük qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Hacızadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Onun daha bir evdən məişət əşyaları oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Azvision.az