Xidmətin rəsmisi Vaqif Cavadovun
Azvision.az -a verdiyi məlumata görə, araşdırma zamanı 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağacların nəzərə alınmadığı və onların ətrafının tamamilə asfaltlandığı məlum olub. Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib.
V.Cavadov qeyd edib ki, hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.
Azvision.az