Sürücü törətdiyi qəzada həyatını itirdi

Sürücü törətdiyi qəzada həyatını itirdi
  04 Mart 2021    Oxunub:4320
Balakən rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, rayonun Kortala kəndi ərazisində kənd sakini M.Xırxırov idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qeza  





Xəbər lenti