Bir ailənin 6 üzvü yol qəzasında yaralandı

Bir ailənin 6 üzvü yol qəzasında yaralandı
  03 Mart 2021    Oxunub:2041
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən “KAMAZ” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə “Mercedes”də olan bir ailənin 6 üzvü - Bakı şəhər sakinləri 49 yaşlı sürücü Mustafayev Mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayeva Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayeva Nəzrin Xəyyam qızı və 36 yaşlı İbrahimova Təravət Yasin qızı müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Yol-qəzası  





Xəbər lenti