İdarə rəisi Ağdamda minaya düşüb

   İdarə rəisi Ağdamda minaya düşüb
  03 Mart 2021    Oxunub:2596
Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Ağdam Rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, aparılan araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Ağdam   Mina   Partlayış   Prokurorluq  





Xəbər lenti