Binəqədidə restoranda yanğın olub

  03 Mart 2021    Oxunub : 1380
Binəqədidə restoranda yanğın olub
Bakı şəhərinin Binəqədi rayonunda hər mərtəbəsi 265 m² olan dördmərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi mansarda tipli binanın 4-cü mərtəbəsində yerləşən restoranın dəhlizinin tavanı 5 m² sahədə və mansardasının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb.

Restoranın qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az

Teqlər: Bakı   Yanğın   FHN   Restoran