Övladınızın intihar səbəbi olmayın!

Övladınızın intihar səbəbi olmayın!
  03 Mart 2021    Oxunub:1462
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi son bir neçə ayın gündəmini zəbt eləmiş intiharlarla bağlı sosial çarx hazırlayıb.
Çarxda ailədə təzyiqlərə məruz qalan, valideynləri tərəfindən sıxışdırılan, yersiz nəzarətdən boğulan yeniyetmə və gənclərin probleminə diqqət çəkilib.

İkihissəli çarxlardan birincisində gənc qızın atasının yersiz iradlarından yorulduğu, bundan çıxış yolu kimi isə intiharı gördüyü əks olunub. Lakin çarxın sonunda qızın atası səhv etdiyini anlayır və onu son anda ölümün əlindən alır. Bununla da valideynlərə övladlarının ölümünə səbəb olmamaları ilə bağlı çağırış edilir.

İkinci hissədə isə gənc və yeniyetmələrə intiharın çıxış yolu olmadığı göstərilir. Sosial çarxın ikinci hissəsi sabah AzTV-nin rəsmi sosial şəbəkə hesablarında paylaşılacaq.



Azvision.az


Teqlər: İntihar  





Xəbər lenti