Gömrükdə bəyan olunmayan mallar aşkarlandı

Gömrükdə bəyan olunmayan mallar aşkarlandı
  02 Mart 2021    Oxunub:1820
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “Iveco” və “Renaut” markalı yük nəqliyyat vasitələrini saxlayıb və baxış keçiriblər.
Komitədən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən 550 kapsul, 120 həb, 16 flakon qida əlavələri, həmçinin 10 ədəd ətir, müxtəlif adda boyalar və 184 ədəd üzərində "Wirelock" yazılan qablaşdırmada yapışqan maye aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Gömrük   Komitə  





Xəbər lenti