6 il axtarışda olan qadın Astarada tutuldu

  25 Fevral 2021    Oxunub : 1292
6 il axtarışda olan qadın Astarada tutuldu
Dələduzluğa görə axtarışda olan qadın tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq; təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrinə əsasən barəsində 31.08.2015-ci il tarixdən axtarış elan edilmiş Astara rayonunun Şahağacı kənd sakini K.Şükürova Tovuz rayonu ərazisində saxlanılıb.

Azvision.az

Teqlər: DIN