Dünəndən başlayaraq ölkə ərazisində qarlı və çovğunlu hava şəraiti müşahidə olunur. Bu gün Bakıda və Abşeron yarımadasında qar örtüyünün hündürlüyü 23 sm-ə çatıb.
Paytaxta qarın yağması yolların buz bağlamasına səbəb olub, nəticədə avtomobillərin hərəkəti çətinləşib, sərnişin avtobuslarının işində problemlər yaranıb.
Ağ örpəyə bürünən Bakının qarlı görüntülərini təqdim edirik: