Bakıda köməksiz qalan 6 nəfər xilas edildi

Bakıda köməksiz qalan 6 nəfər xilas edildi
  24 Fevral 2021    Oxunub:1652
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Binəqədi, Nizami rayonları və Abşeron rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN   Lift  





Xəbər lenti