Meyiti tapılan 5 nəfərdən biri AzTU-nun tələbəsi olub - FOTO

Meyiti tapılan 5 nəfərdən biri AzTU-nun tələbəsi olub -    FOTO
  23 Fevral 2021    Oxunub:7348
Fevralın 23-də saat 14 radələrində Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən biri, Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi Əliyev Lətif Rəşad oğlu olub.
Bu barədə Azvision.az -a Universitetin mətbuat xidmətindən məlumat verilib.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

"Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində 5 nəfərin meyiti aşkarlanıb. Meyiti aşkar edilənlər 2004-cü il təvəllüdlü Atilla Əliyev, 2003-cü il təvəllüdlü Lətif Əliyev, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyev, 1972-ci il təvəllüdlü Natiq Səfərov və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevdir.



Azvision.az


Teqlər: Tələbə  





Xəbər lenti