Avtomagistrallarda sürət həddi endirildi

   Avtomagistrallarda sürət həddi endirildi
  23 Fevral 2021    Oxunub:2093
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Buz bağlama ehtimalı nəzərə alaraq yollardakı elektron tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir", - deyə məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: Yol   Sürət  





Xəbər lenti