Yalçın Rzazadə dünyasını dəyişdi

  22 Fevral 2021    Oxunub : 62015
   Yalçın Rzazadə dünyasını dəyişdi
Azərbaycanın Xalq artisti Yalçın Rzazadə 75 yaşında vəfat edib.

Müğənninin oğlu Mətin Rzazadə Azvision.az -a açıqlamasında məlumatı təsdiqləyib. O, bildirib ki, atası uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Sevilən sənətçi 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Yalçın-Rzazadə