Sevincindən 30 min dolları çölə atdı

Sevincindən 30 min dolları çölə atdı
  14 Yanvar 2014    Oxunub:1034
Hadisə Punta del Este kurort şəhərciyində baş verib
Uruqvayın məşhur Punta del Este kurort şəhərciyində qeyri-adi hadisə baş verib. Onun çimərlikləri Uruqvaylılarla yanaşı Cənubi Amerika və Avropadan olan turistlər tərəfindən də sevilir.
Argentina, Çili və Braziliyadan olan turistlər Uruqvayın çimərlik qiymətlərinin yüksəkliyindən şikayət etsələr də, bəzi turistlər pullarını “havaya səpirlər”.

Fransadan gələn turist, ad günündə Punta del Este kazinolarından birində nə az, nə çox, düz 30 min dollar udub. Bu uğurundan sonra O, “Mobi Dik” pivəxanasına gedərək bayram şərəfinə bütün pullarını ikinci mərtəbədən yerə atıb. Əlbəttə ki, hər kəs məmnuniyyətlə bu pulları yığıb. Məsələn, bu barın qab yuyanı 3min dollar zənginləşib. Lakin, səxavətli fransalı turist otelə qayıtmaq istədikdə cibində taksiyə vermək üçün belə pul olmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti