Rusiya Xəzərdə güclənir
“İlin ilk kvartalında “Qrad Sviyajsk” və “Uqliç” tipli kiçik katerlər, həm də “Qraçonok” əks-təxribat katerləri suya buraxılacaq. Yeni gəmilərin sınaqları 2013-cü ilin dekabrında uğurla başa çatıb” – deyə komandanlığın yaydığı məlumatda deyilir.
Bundan əlavə 2014-cü il boyu Qorki adına Zelenodols zavodu Xəzər donanmasına sayca 3-cü “Velikiy Ustyuq” kateri də təhvil verəcək. Hazırda Hərbi Dəniz komandanlığı heyətin hazırlığını yoxlayır.
Döyüş gəmiləri ilə yanaşı Rusiya Xəzər donanmasını 7 qəza-xilasetmə kateri və 1 xilasetmə gəmisi ilə də təmin edəcək.
Xəzər dənizində öz hərbi gücünü artıran Rusiya həm də dəniz akvatoriyasında ekoloji məqsədlər və xilasetmə əməliyyatları üçün də lazımi gəmi kontingenti ayırıb.
Vüqar İsmayılov
Teqlər: