İran Xəzərlə bağlı planını təxirə saldı

İran Xəzərlə bağlı planını təxirə saldı
  12 Yanvar 2014    Oxunub:1054
İran Xəzər dənizindən ölkənin mərkəzi rayonlarına suyun verilməsi ilə bağlı planı təxirə salıb.

İran Xəzər dənizindən ölkənin mərkəzi rayonlarına suyun verilməsi ilə bağlı planı təxirə salıb. AzVision.az xəbər verir ki, bu barədə Trend Mehr informasiya agentliyinə istinadən məlumat yayıb.

İranın energetika nazirinin müşaviri Səttar Mahmudi 2013-cü ilin dekabrında bəyan edib ki, İran Xəzər dənizindən ölkənin daxilinə suyun verilməsi üçün ilkin araşdırmaları başa çatdırıb.

Onun sözlərinə görə, İranın mərkəzi rayonlarına sənaye və kənd təsərrüfatı məqsədləri üçün planda 200 milyon kubmetrə yaxın suyun verilməsi nəzərdə tutulub.

İranın ətraf mühitin mühafizəsi üzrə təşkilatın nümayəndəsi Əbdülrza Karbasi 2013-ci ilin oktyabrında bildirib ki, Xəzər Dənizindən İranın mərkəzi səhrasına suyun köçürülməsi ekoloji fəlakətə gətirib çıxaracaq.

Bundan öncə sabiq energetika naziri Məcid Namcu aprel ayında bildirib ki, İran yaxın gələcəkdə Xəzərdən mərkəzi rayonlara suyun köçürülməsinə başlayacaq.

"Bu məqsədlər üçün nazirliyə təxminən 20 trilyon rial (800 milyon ABŞ dolları) təşkil edən lazımi büdcə ayrılıb", deyə Namcu əlavə edib.


Teqlər:





Xəbər lenti