Sabiq daxili işlər nazirini döydülər

Sabiq daxili işlər nazirini döydülər
  11 Yanvar 2014    Oxunub:1153
Radanın iki deputatı da polislə toqquşmadan xəsarət alıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukraynanın keçmiş Daxili İşlər naziri Yuri Luçenko reanimasiyada yerləşdirilib.

Kiyev məhkəməsinin qarşısında “Berkut” xüsusi təyinatlı polisi tərəfindən hücuma məruz qalan sabiq nazirin baş yarılıb.
Toqquşmanın baş vermə səbəbi isə, 2011-ci ildə Borispol şəhərində Vladimir Leninin heykəlini partlatmaqda ittiham olunan 3 nəfərin məhkəmə prosesi olub. Hakim onların heyləli partlatmaq niyyətini konstitusion quruluşu devirmək cəhdi kimi dəyərləndirərək hər üç şəxsə 6 il həbs cəzası kəsib. Məhkəmə binasının önünə toplaşan kütlə isə buna etiraz etməyə başlayıb.

Yuliya Timoşenkonun keçmiş tərəfdarlarından sayılan Yuri Luçenko da onların arasında olub. “Berkut”çu polislərin avtobuslarını mühasirəyə alan etirazçı kütlə məhkəmə binasını da daşa basıblar. Güc tətbiq edən polis və “Berkut” xüsusi təyinatlarıları isə çətinliklə aksiyanı yatıra biliblər. Başından dəyənək zərbəsi alan Luçenko və Ali Radanin müxalifətçi deputatları Eduard Leonov, Yuri Bublik xəstəxanay yerləşdirilib.

Bundan sonra isə bir qrup müxalifətçi president Yanukoviçin iqamətgahına yürüş ertməyə cəhd göstəriblər. Baş nazir Nikolay Azarovun evinə hücum edərək qapını zədələyiblər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti